"Şamaxı"nın müdafiəçisi Rüfət Abbasov karyerasını Avropada davam etdirə bilər.
Sportal.az saytına verilən məlumata görə, uğurlu mövsüm keçirən 20 yaşlı futbolçuya bir neçə klubdan ciddi təklif var. Təkliflərdən biri Almaniya II Bundesliqasında mübarizə aparan klubdandır.
Rüfət Abbasov mövsümün əvvəlindən "Şamaxı"dan çıxış edir. Azərbaycanın U-21 millisinin üzvü olan gənc sol cinah müdafiəçisi Premyer Liqada meydana çıxdığı 27 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bölgə klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Xatırladaq ki, "Şamaxı" qış transfer pəncərəsi zamanı hücumçusu Belajdi Pusini Rusiyanın "Fakel" klubuna satıb.
saytlarin hazirlanmasi