"Barselona" polşalı qapıçı ilə bağlı qərar verdi

21:51 - 18 Mart 2025

"Barselona" qapıçısı Voyçex Şensnı ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi polşalı qolkiperi komandada saxlamaq istəyir. Bu barədə "Marca" nəşri məlumat yayıb.

"Barselona" rəhbərliyi Şensnı ilə danışıqlara başlayıb. Klub 34 yaşlı "əlcək sahibi"nə yeni müqavilə təklif edib. Futbolçu özü də qalmağa isti yanaşır.

Qeyd edək ki, Voyçex Şensnı ötən ilin oktyabr ayından "Barselona"da çıxış edir. Təcrübəli qapıçı Kataloniya təmsilçisinin heyətində 16 rəsmi matçda meydana çıxıb və qapısında 16 qol görüb. O, 8 oyunda qol buraxmayıb.

Xəbər xətti