"Onlar mübarizəni dayandırıblar və artıq favorit bizik"

01:00 - 19 Mart 2025

Lamine Yamal "Barselona"nı Çempionlar Liqasının favoriti hesab edir.

Sportal.az xəbər verir ki, "Barselona"nın vingeri xarici mətbuata açıqlamasında iddialı danışıb:

"Biz Çempionlar Liqasının favoritiyik. Qrup mərhələsi bitəndə demişdim ki, favorit "Liverpul"dur, çünki onlar birinci yeri tutmuşdular. Amma indi onlar mübarizəni dayandırıblar və artıq favorit bizik. Biz heç bir rəqibdən qorxmuruq."

Xəbər xətti