"Mançester Siti" "Barselona"nın və Braziliya milli komandasının cinah hücumçusu Rafinyanı transfer etməyi nəzərdən keçirir.
Sportal.az xəbər verir ki, "EL Nacional"ın məlumatına görə, ingilis klubu braziliyalı futbolçunun transferinə 80 milyon avrodan çox vəsait qoymağa hazırdır, məqsəd isə hücum gücünü artırmaqdır.
Bu mövsümdə 25 yaşlı Rafinya bütün yarışlarda 42 oyun keçirib, 27 qol vurub və 20 məhsuldar ötürmə edib. Onun "Barselona" ilə müqaviləsi 2027-ci ilin iyununa qədərdir və Transfermarkt-ın məlumatına görə, hazırda onun bazar dəyəri 80 milyon avro olaraq qiymətləndirilir.
saytlarin hazirlanmasi