"Fərnərbaxça"nın əfsanəvi futbolçularından olan Aleks de Souzanın yeni işi bəlli olub.
Sportal.az xəbər verir ki, son olaraq "Antalyaspor"u çalışdıran Souza baş məşqçilik karyerasını yekunlaşdırıb.47 yaşlı mütəxəssis doğma ölkəsində "Koritiba"nın futbol direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Aleks de Souza 2004-2014-cü illərdə "Fənərbaxça"nın heyətində mühüm uğurlara imza ataraq komandanın əfsanələrindən birinə çevrilib.
saytlarin hazirlanmasi