Türkiyə milli komandasının UEFA Millətlər Liqası pley-off mərhələsinin Macarıstanla cavab oyununun hakimi açıqlanıb.
Sportal.az xəbər verir ki, matçı almaniyalı referi Feliks Zvayer idarə edəcək. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Qarşılaşma 23 mart tarixində Bakı vaxtı ilə saat 21:00-da "Puşkaş Arena"da baş tutacaq.
Qeyd edək ki, Türkiyədə keçirilən ilk oyun ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi