"Atletik"in vingeri "Qalatasaray"da oynaya bilər

21:44 - 21 Mart 2025

"Atletik"in futbolçusu İnaki Villiams karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, qanalı vingeri transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

İstanbul nəhəngi hücum xəttini İnaki ilə gücləndirməyi planlaşdırır. "Sarı-qırmızılar" yay transfer pəncərəsi zamanı 30 yaşlı ön xətt oyunçusu üçün İspaniya klubuna təklif göndərəcək.

Qeyd edək ki, İnaki Villiams "Atletik"in yetirməsidir. Qana millisinin üzvü peşəkar karyerası ərzində yalnız bu klubda çıxış edib. Təcrübəli futbolçu bu mövsüm Bilbao təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti