"Barselona" mövsümün sonunda "Lill" ilə müqaviləsi bitən Conatan Davidi transfer etmək istəyir.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi 25 yaşlı hücumçunu yay transfer pəncərəsində heyətinə qatmaq üçün bütün imkanlarını səfərbər edib. Davidlə həmçinin "Arsenal" da yaxından maraqlanır.
Qeyd edək ki, bu mövsüm ümumilikdə 41 görüşdə 23 qol vurub, 10 asist edib. Conatan 2020-ci ildə "Gent"dən "Lill"ə keçmişdi.
saytlarin hazirlanmasi