"Yuventus" rəhbərliyi baş məşqçi Tiaqo Mottanın işindən narazıdır.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi italyan mütəxəssislə yollarını ayırmaq istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"Yuventus"un Mottadan sonrakı dönəm üçün baş məşqçi postuna əsas namizəd Zinədin Zidandır. "Ağ-qaralar" fransalı məşqçi ilə danışıqlara başlamağa hazırlaşır.
Qeyd edək ki, Zidan 2021-ci ilin yayında "Real"dan ayrıldıqdan sonra işsizdir.
saytlarin hazirlanmasi