Türkiyənin "Fənərbaxça" klubu mövsümün sonunda müqaviləsi başa çatan Edin Cekonu komandada saxlamaq istəyir.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi bosniyalı forvardla sözləşmə ilə bağlı danışıqlara başlayıb. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Fənərbaxça" Ceko ilə yeni şərtlərlə müqavilə imzalamağa çalışır. Super Liqa təmsilçisi kapitanın maaşını azaltmaq istəyir. Klub illik 4,2 milyon avro qazanan 39 yaşlı futbolçuya illik 3 milyon avro maaş təklif edəcək.
Qeyd edək ki, Edin Ceko 2023-cü ilin yayından "Fənərbaxça"da çıxış edir. Bosniya və Herseqovina millisinin üzvü bu mövsüm Türkiyə təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi