Azərbaycanılı futbol mütəxəssisi Adil Şükürov Sportal.az saytına müsahibə verib.
- Azərbaycan millisi 3 gün öncə Haiti ilə görüşdə məğlub oldu. Sizin üçün gözlənilən nəticə idi, yoxsa millimizin qalib gələcəyinə inanırdınız?
- Haiti millisi ilə oyunda komandamızın məğlub olmayacağını düşünürdüm. Baxmayaraq ki, Haiti millisi bizim yığma ilə oyuna qədər səkkiz oyun idi məğlub olmurdu. Komandaya inamım var idi. Oyun başlayanda daha da ümidlənmişdim. Ancaq sonra futbolçular sadə səhvlər etməyə başladı. Haiti millisinin futbolçuları ilk imkan düşən kimi bu səhvlərin birindən yaralandı. Haitinin 10 nömrəsi müdafiənin sol cinahında iki futbolçumuzu rahatlıqla keçib, qapıya zərbə vurdu. Bu azmış kimi, Şahruddin Məhəmmədəliyev qaytardığı topu birdən-birə qapının qabağında boş qalan iki haitili futbolçu əziyyət çəkmədən topu qapıdan keçirdi. Sonrakı dəqiqələrdə yığmamız xaotik hücumlarla qol vurmağa çalışsa da, bunu etmək ustalıq səviyyəsi çatmadı.
- Ümumiyyətlə, Azərbaycan millisində oyun sarıdan dəyişən nəsə gördünüz?
- Yığmamızda yaxşı mənada nəzərə çarpan, seçilə hücum görünmədi. Rəqib demək olar ki, bütün komponentlər də yığmamızı üstələdi.
- Sizcə, Azərbaycan millisi nə vaxt və necə qalib gələ bilər rəqiblərinə? Millimizin artıq Avropanın ən zəif komandalarından olduğunu söyləmək olar?
- Yığma komandanın qalib gəlməsi üçün bizə milli ruhda olan, yəni ki, mübariz, əzmkar, bütün bacarıqlarını meydanda qoyan və lazım olanda yoldaşının yerinə də mübarizə aparan futbolçulardan ibarət millimiz olmalıdır. Başqa heç cür biz D liqasından çıxa bilməyəcəyik. Ən önəmlisi isə odur ki , milli komandanı formalaşdırmaq üçün akademiyalarda düzgün iş qurulmalıdır.
- Milli komandamıza yeni oyunçular da cəlb edilib. Amma onlar yenə oynamadı və adət etdiyimiz oyunçular meydana çıxmışdı. Sizcə, olmazdı ki, elə yeni tsikl üçün daha yenilənmiş, millidə daha da oynamağa ac oyunçularla heyət qurulardı?
- İkinci hissədə meydana buraxılan gənclər hardasa oyuna canlanma gətirdilər. Amma bu da yetərli deyil. Çünki bu gənc futbolçuların yanında təcrübəli və ustalıq səviyyəsi yaxşı olan futbolçular olmalıdır ki, yığmaya cəlb olunan gənclər də inkişaf etsinlər.
- Belarusla görüşdə millidən hansı nəticəni gözləyirsiz? Sizcə, bir neçə gün əvvəl Tacikistana 5:0 qalib gələn belarusları Bakıda məğlub etmək oalcaq?
- Millimizi Belarusla oyuna hazırlamaq daha çətin olub. Çünki son görüşün ardından heyətdə mütləq bəzi dəyişikliklər olunmalıdır. Komanda daxilində bir lider formalaşmalıdır. Həmin lider hər kəsi arxasınca apara bilməlidir, komanda da futbolçuları inandırmalıdır. İndiki dönəmdə bu çox vacibdir. Əgər komanda daxilində bunu edə bilsək, inandırıram siziistənilən milliyə qarşı oynayıb, qalib gəlmək də olar.
- DÇ-2026da rəqiblərimizin hamısı bəlli oldu. Ukrayna, İsrail və Fransa ilə qarşılaşacağıq. Bizi daha ağır nəticələr gözləyir?
- Əvvəldə qeyd etdiyim kimi, rəqiblərin kimliyindən asılı olmayaraq milli komanda formalaşdırmaq lazımdı. Onda komandamız istənilən rəqibə qarşı mübarizə aparmaq iqtidarında olacaq. Biz ölkə olaraq bunu bacararıq. Sadəcə bu yöndə düzgün işləmək lazımdır.
Mirbağırağa
saytlarin hazirlanmasi