"Qalatasaray" Osimhen üçün 65 milyon avroluq təklif göndərdi

19:28 - 25 Mart 2025

"Qalatasaray" "Napoli"dən icarəyə götürdüyü Viktor Osimheni uzun müddət komandada saxlamaq istəyir.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi nigeriyalı hücumçu üçün İtaliya klubuna ilk rəsmi təklifini göndərib. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

"Qalatasaray" Osimhen üçün "Napoli"yə 65 milyon avro təklif edib. Neapol klubunun prezidenti Aurelio De Laurentiis bu təklifi qəbul etməyib. Klub rəhbəri 26 yaşlı forvardı daha yüksək qiymətə satmaq niyyətindədir.

Qeyd edək ki, "Qalatasaray" Viktor Osimheni mövsümün əvvəlində icarəyə götürüb. Nigeriya millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 30 rəsmi matçda 26 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti