İsgəndərli oynadı, komandası heç-heçə etdi

00:42 - 29 Mart 2025

Futbol üzrə Türkiyə 1-ci Liqasında 31-ci turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" doğma meydanda "Bandırmaspor"u qəbul edib. Qarşılaşma qolsuz bərabərlikə başa çatıb. İsgəndərli matçın 72-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, "Boluspor" 45 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xəbər xətti