Coşqun Diniyev oynadı, komandası səfərdə heç-heçə etdi

20:27 - 29 Mart 2025

Futbol üzrə Türkiyə 1-ci Liqasında 31-ci turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Coşqun Diniyevin formasını geyindiyi "Çorum" səfərdə "Pendikspor"la üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

Coşqun Diniyev də bu matçın iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi 46-cı dəqiqədə meydana çıxıb.

31 turdan sonra 46 xal toplayan "Çorum" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xəbər xətti