Avropanın tanınmış klubu Mahir Emrelini istəyir - yayda "Nürnberq"i bu komandaya dəyişə bilər

12:22 - 6 Aprel 2025

Azərbaycan milli komandasının üzvü Mahir Emreli yeni sezona yeni klubda başlaya bilər.

Sportal.az saytına verilən məlumata görə, “Anderlext” “Nürnberq”in futbolçusunu transfer etməyi planlaşdırır.

Belçikalılar əslində Emrelini uzun müddətdir ki, heyətinə qatmaq istəyində olub. Amma onlar bu keçidi reallaşdıra bilməyib. Lakin “Anderlext” rəsmiləri bu yay azərbaycanlı vinger üçün yayda addım atacaq. Belçika nəhəngi Emreli ilə 2 illik müqavilə imzalamaq niyyətindədir.

Xatırladaq ki, Mahir mövsümün əvvəlində “Nürnberq”lə 1+1 illik müqavilə imzalayıb.
 

Xəbər xətti