Arda Güler üçün 30 milyon avroluq təklif

16:37 - 8 Aprel 2025

"Real"ın futbolçusu Arda Güler karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, türk oyunçunun xidmətində "Arsenal" maraqlıdır. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Topçular"ın baş məşqçisi Mikel Arteta Ardanı komandasında görmək istəyir. "Arsenal" 20 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün İspaniya klubuna 30 milyon avroluq rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "Real" Arda Güleri 2023-cü ilin yayında "Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin üzvü olan gənc futbolçu bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti