İngiltərə millisinin hücumçusu "Mançester Yunayted"ə keçə bilər

17:16 - 8 Aprel 2025

"Mançester Yunayted" yeni mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "İpsviç Taun"da çıxış edən Lian Delapdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Mançester Yunayted" ingiltərəli forvardı yayda heyətinə qatmağa çalışacaq. "Qırmızı şeytanlar" 22 yaşlı hücumçu üçün onun klubuna 40 milyon funt-sterlinqlik sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, "İpsviç Taun" Lian Delapı mövsümün əvvəlində "Mançester Siti"dən transfer edib. İngiltərə U-21 millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti