"Şahdağ Qusar"ı 1-ci Liqaya yüksəldən qələbə - VİDEO

19:33 - 8 Aprel 2025

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 20-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün lider "Şahdağ Qusar" öz meydanında "Haypers Quba"nı qəbul edib. Şimal derbisi qusarlıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 58-ə yüksəldən "Şahdağ Qusar" 1-ci Liqaya vəsiqəni təmin edib. 36 xalı olan "Haypers Quba" isə 4-cü yerdədir.

"Şahdağ Qusar" - "Haypers Quba" 2:1
Qollar: 
T.Qurbatov, 19, V.Hüseynov, 90+5 - C.İmamverdiyev, 36

Xəbər xətti