"Yuventus"un futbolçusu Duqlas Luis yayda komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə İngiltərədən bir neçə klub maraqlanır. Bu barədə "Tuttosport" məlumat yayıb.
"Yuventus" Duqlası satmağın əleyhinə deyil. A Seriyası nəhəngi 26 yaşlı orta xətt oyunçusu üçün 34 milyon funt-sterlinq tələb edir.
Qeyd edək ki, "Yuventus" Duqlas Luisi mövsümün əvvəlində "Aston Villa"dan transfer edib. Braziliya millisinin üzvü Turin təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda qol və ya assistlə yadda qalmayıb.
saytlarin hazirlanmasi