Qırğızıstanın “Alay” klubunun futbolçusu Ramin Əhmədov ardıcıl iki turdur ki, ən yaxşı oyunçu seçilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi ölkə çempionatının 5-ci turunun “Alqa” ilə görüşündə iki qol vuraraq komandasına 2:1 hesablı qələbə qazandırıb. Buna görə də, Əhmədov oyunun ən yaxşısı adına layiq görülüb.
O, 4-cü turda “Kırqız Altın”la görüşdə də matçın ən yaxşısı seçilmişdi. Qeyd edək ki, 5 turdan sonra “Alay” Qırğızıstan çempionatında 15 xalla liderdir.