İsgəndərli asist etdi, komandasından heç-heçə - zədələnərək meydanı tərk edib

22:47 - 13 Aprel 2025

Futbol üzrə Türkiyə 1-ci Liqasında 34-cü turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" səfərdə "Ankaragücü" ilə qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə bitib.

Oyuna start heyətində başlayan Vüsal komandasının ilk qolunun asistini edib. 29 yaşlı futbolçu 90+8-ci dəqiqədə zədələnərək meydanı tərk etməli olub.

Qeyd edək ki, "Boluspor" bu matçdan sonra 49 xalla 10-cu pillədə yer alıb.

Xəbər xətti