"Barselona"da uğurlu mövsüm keçirən Rafinya komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, La Liqa nəhəngi braziliyalı vingerlə yeni müqavilə imzalamaq üçün anlaşa bilmir. Bu barədə "Catalunya Radio" məlumat yayıb.
Rafinya klubdan yüksək maaş tələb edir. "Barselona" isə onun tələbini qəbul etmək istəmir.
Tərəflər arasında anlaşma əldə olunmasa, klub 28 yaşlı futbolçunu sata bilər. "Çelsi" və "Arsenal"ın maraqlandığı təcrübəli oyunçu üçün 80 milyon avro tələb olunacaq.
Qeyd edək ki, "Barselona" Rafinyanı 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi oyunda 26 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayında başa çatır.
saytlarin hazirlanmasi