Konfrans Liqasında 1/4 final həyacanı: "Çelsi" və "Fiorentina" yarımfinalda

01:41 - 18 Aprel 2025

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçirilib.

Sportal.az xəbər verir ki, turnirin favoritlərindən olan "Çelsi" "Legiya"nı qəbul edib. İlk görüşdə 3:0 hesablı qələbə qazanan London klubu 1:2 hesabı ilə məğlub olmasına baxmayaraq, növbəti mərhələyə yüksəlməyi bacarıb.

Yarımfinala adını yazdıran daha 3 klub isə "Fiorentina", "Betis" və "Yurqorden" olub.

UEFA Konfrans Liqası

1/4 final mərhələsi, cavab görüşləri

20:45 "Fiorentina" - "Çelye" 2:2 (İlk oyun - 2:1)

Qollar: R.Mandraqora,37, M.Kean,67, - A.Matko,54, K.Nemaniç,65

20:45 “Yagelloniya” - “Betis” 1:1 (İlk oyun - 0:2)

Qollar: D.Çurlinov,81, - S.Bakambu,78

23:00. “Çelsi” - “Legiya” 1:2 (İlk oyun - 3:0)

Qollar: M.Çuçurella,33, - T.Pekard,10(pen), S.Kapuadi,53

23:00 "Rapid" - "Yurqorden" 1:2 (Əlavə vaxt-1:4) (İlk oyun - 1:0)

Qollar: Une Larsson,45+1(ö.q), - M.Danielson,42(pen), K.Kosugi,77, T.Qulliksen,93,105

Qırmızı vərəqə: M.Sanqare,7 ("Rapid"), Raux Yao,110 ("Rapid")

Xəbər xətti