Bu gün I Liqada XXII tura start veriləcək.
Sportal.az xəbər verir ki, “Qəbələ” ikinci oyun günündə meydana çıxacaq. Komanda İmişlidə eyniadlı komanda ilə qarşılaşacaq.
21 oyundan sonra 55 xalla yarışın lideri olan “qırmızı-qaralar” bu tur 1-ci yeri təmin edə bilər. Kaxaber Tsxadadzenin çalışdırdığı komanda səfərdən 3 xalla dönsə, izləyiciləri üçün əlçatmaz olacaq. Digər matçların nəticələrindən asılı olaraq “Qəbələ”yə 1 xal da kifayət edə bilər.
Qarşılaşma Heydər Əliyev adına İmişli şəhər stadionunda baş tutacaq. Görüş saat 16:30-da baş tutacaq.
Qeyd edək ki, “Qəbələ” keçirdiyi 21 oyunda 17 qələbə qazanıb və 4 heç-heçə edib.
saytlarin hazirlanmasi