Lamine Yamal "İlin sıçrayışı" nominasiyası üzrə "Laureus World Sports Awards" mükafatına layiq görülüb.
Sportal.az xəbər verir ki, "Barselona"nın 17 yaşlı vingeri Laureus Dünya İdman Akademiyası tərəfindən ötən mövsümün ən parlaq debütantı kimi tanınıb. Bu nüfuzlu mükafata digər namizədlər arasında yüngül atlet Julienne Alfred, üzgüçü Summer McIntosh, atlet Letsile Tebogo, NBA ulduzu Viktor Vembanyama və Bundesliqada tarixi uğura imza atmış "Bayer" futbol klubu da var idi.
Xatırladaq ki, Yamal 2024-cü ildə İspaniya millisinin heyətində Avropa çempionatını qazanaraq möhtəşəm bir mövsüm keçirib. Bu mükafat onun parlaq gələcəyinin daha bir təsdiqi sayılır.
Həmçinin onu da qeyd edək ki, "İlin sıçrayışı" nominasiyasının ötən il qalibi "Real"ın gənc ulduzu Cud Bellinqem olub.
saytlarin hazirlanmasi