UFC çempionu Həbib Nurməhəmmədov Azərbaycanın paytaxtına gələcək.
Sportal.az xəbər verir ki, səfərin səbəbi iyunun 21-də rusiyalı döyüşçü Tagir Ulanbekovun çıxış edəcəyi Bakıda keçiriləcək “UFC 260” turniri ilə bağlıdır.
Məsələ burasındadır ki, Ulanbekovun məşqçisi Nurməhəmmədovdur. Keçmiş UFC ulduzu instaqram səhifəsində bu cür paylaşım edib:
“Biz Taqir Ulanbekovla birlikdə qonaqpərvər Azərbaycana yollanacağıq. Yalnız qələbə”.