Almaniyada azərbaycanlı hücumçu Mahir Emrelinin “Nürnberq”in heyətində son iki matçda 3 qol vurması haqda yazıb.
Sportal.az xəbər verir ki, “CLUBFOKUS” Emrelinin fikirlərini də paylaşıb:
"Müəyyən mərhələdə Emreli daha “Nürnberq”in start heyətində yer almayacaq kimi görünürdü. Bununla belə, son iki görüşdə start heyətində yer alan hücumçu etimadı üç qolla və müdafiədə fədakar oyunu ilə doğrultdu. Dubl etməsinə baxmayaraq, Emreli özü bunları deyib: "Təbrik edəcək bir şey yoxdur. Xal olmadan sevinəcək bir şey yoxdur".
Emreli topu özünə yaxın tutmağı sevən və tez-tez dərinliyə düşən hücumçudur. Amma “Paderborn”a qarşı bu, ona praktiki olaraq qadağan edildi, çünki o, yeganə hücumçu kimi çıxış edirdi: "Məşqçilər mənə mümkün qədər yüksəkdə qalmağımı söylədi. Ona görə də nadir hallarda geri çəkildim. Bu, yumşaq desək, xoşuna gəlmirdi. Bu qədər tez-tez top almamaq sanki cəhənnəm idi. Ancaq təbii ki, göstərişlərə əməl edirəm”.
Millimizin üzvünün gələcəyi aktiv müzakirə olunur. “Nürnberq” və oyunçu arasında mümkün müqavilənin uzadılması ilə bağlı danışıqların aparılacağı, eləcə də “Hertha”nın maraqlandığı haqda xəbərlər var. Emreli özü məsələ haqda bunu deyib:
"Gələcəyim haqqında heç nə bilmirəm. İndi bütün diqqətimi son matçlara yönəltmişəm və əlimdən gələnin ən yaxşısını etməyə çalışıram".
saytlarin hazirlanmasi