Vasili Berezutski: "Bizə bir addım qalıb"

22:38 - 23 Aprel 2025

Bu gün Azərbaycan kubokunda "Neftçi" ilk oyunda uduzduğu "Sabah"la bu dəfə Masazırda üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Sportal.az xəbər verir ki, oyundan sonra "Sabah"ın baş məşqçisi Vasili Berezutksi jurnalistlərin suallarını cavablandırıb:

- "Sabah"la tarix yaza bilərsiz. Bu haqda nə deyə bilərsiz?

- Bizə bir addım qalıb. Bu tituldur, prestidjdir. Əlimizdən gələni edəcəyik ki, onu qazanaq.

- Həftəsonu "Qarabağ"la oyununuz var və finalda da rəqib onlardır. Yəqin ki, hər iki matça fərqli hazırlaşacaqsız?

- Növbəti matçda rotasiyalarla oynayacağıq. 4 gündə üçüncü oyunumuzu oynayacağıq. Finalda isə hər şey ola bilər. Hazırlaşacağıq. Mübarizə aparacağıq. 

- Niyə ilk oyundan sonra dominant futbolu oynamadınız?

- Düşünürəm ki, ikinci hissədə dominant futbol oynayırdıq. Qol vurmaq üçün şanslarımız var idi. Əsas odur ki, finaldayıq. 

- Mövsümün finalına 5 tur qalıb, kubokun finalına isə bir ay qalıb. Çempionat oyunlarına fikir verəcəksiz, yoxsa əsas məqsəd finalda qazanmaqdır?

-Əlbəttə. Çempionatın hər oyunu bizim üçün önəmli olacaq. Biz hər oyunda qələbə üçün oynayacağıq ki, qalib gələk.

- Leoni Slutskini Bakıya dəvət edəcəksiz finala baxsın?

- Məmmuniyyətlə onu dəvət edərdim. Çindəki oyun qrafiklərini bilmirəm. Düşünürəm ki, dəvət etsəm, böyük məmmuniyyətlə gəlib oyuna baxar.

Mirbağırağa

Xəbər xətti