"Bavariya" 3 xalı 3 qolla qazandı - VİDEO

22:33 - 26 Aprel 2025

Almaniya Bundesliqasında 31-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, doğma meydanda "Maynts"ı qəbul edən "Bavariya" 3:0 hesablı qələbə qazanaraq çempionluq yolunda vacib 3 xal qazanıb.

Qeyd edək ki, "Bavariya" bu qələbə ilə sona 3 tur qalmış xallarının sayını 75-ə yüksəldərək, 2-ci yerdə gedən "Bayer"lə 8 xallıq fərqi qoruyub. 

Almaniya Bundesliqası

31-ci tur

"Bavariya" - "Maynts" 3:0

Qollar: L.Sane,27, M.Olise,40, E.Dier,84

Xəbər xətti