Millimizin üzvünün oynadığı klub baş məşqçisi ilə yollarını ayırdı

12:18 - 28 Aprel 2025

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi Türkiyənin “Çorum” klubunun rəhbərliyi komandanın baş məşqçisi Tuncay Şanlını istefaya göndərib.

Sportal.az xəbər verir ki, bu, komandanın “Ankaragücü”nə məğlubiyyətdən sonra baş verib.

Rəhbərlik uğursuz nəticələrə görə Şanlı ilə yollarını ayırıb. “Çorum” Türkiyə Birinci Liqasında 51 xalla 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti