"Bayer"in futbolçusu Alexandro Qrimaldo "Barselona"ya keçə bilər.
Sportal.az xəbər verir ki, "Sky Sport"un məlumatına görə, Kataloniya klubu Leverkuzen "Bayer"inin sol cinah müdafiəçisini transfer etməkdə maraqlıdır.
"Bayer" futbolçunu 30-40 milyon avro qarşılığında buraxmağa hazırdır. Lakin Kataloniya klubu bu transferi həyata keçirmək üçün əvvəlcə heyətindəki bəzi oyunçuları satmalı olacaq.
Qrimaldo "Barselona" akademiyasının yetirməsidir və 2008-2016-cı illər arasında klub sistemində çıxış edib. O, cari Bundesliqa mövsümündə 29 oyuna çıxaraq 2 qol və 6 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi