Almaniya Bundesliqasının 2 klubu Mahirlə maraqlanır

12:22 - 29 Aprel 2025

Almaniyanın "Nürnberq" klubunun azərbaycanlı hücumçusu Mahir Emrelinin gələcək karyerası ilə sual açıq qalır.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Emreli Almaniyada qalmağa meyllidir, amma daha çox elita klublarında oynamağa müsbət yanaşır.

Almaniya mətbuatında xüsusilə qeyd olunur ki, Mahirin son üç matçda 4 qol vurması Bundesliqanın ən azından 2 klubunun diqqətinyən yayınmayıb.

Həmin klublar onunla maraqlanır. Hər diqqətçəkən çıxışı Emrelinin növbəti mövsüm “Nürnberq”də oynamaq şansını azalır. 27 yaşlı hücumçunun hazırda ikinci Bundesliqada 7, Almaniya kubokunda isə 1 qol vurub.

Xəbər xətti