Kolumbiyalı forvard "Neftçi"nin formasını geyinə bilər

10:46 - 19 May 2025

"Neftçi"yə legioner hücumçu təklif edilib.

Sportal.az saytına verilən məlumata görə, "Millonarios"un forvardı Xon Kordoba "ağ-qaralar"ın formasını geyinə bilər.

24 yaşlı futbolçu özü də Avropaya gəlməyə müsbət yanaşır.

Kolumbiya klubu ilə müqavilə müddəti gələn ayın 30-da başa çatacaq Kordona "Neftçi"nin transfer siyahısında yer alıb.

"Ağ-qaralar" Avropada istədiyi hücumçunu tapmasa, Kordoba variantını nəzərdən keçirəcək. 

O, hazırda Qvatemalanın “Malaseteso” klubunda oynayır.

Xəbər xətti