Mahir Emreli həftənin rəmzi komandasında - FOTO

13:35 - 19 May 2025

"Nürnberq"in hücumçusu Mahir Emreli Almaniya 2-ci Bundesliqasında həftənin rəmzi heyətinə seçlib.

Sportal.az xəbər verir ki, azərbaycanlı forvard 34-cü turun rəmzi komandasında yer alıb. Bu barədə klubun mətbuat xidməti mlumat yayıb.

28 yaşlı futbolçuya 3-4-3 taktiki sxemində hücumun mərkəzində yer verilib.

Qeyd edək ki, Mahir Emreli "Nürnberq"in Braunşveyq "Ayntraxt"ını 4:1 hesabı ilə məğlub etdiyi oyunda 3 qol vuraraq komandasına qələbə qazandırıb.


Xəbər xətti