Kannavoro İtaliya yığmasını çalışdıra bilər

23:38 - 8 İyun 2025

Luçano Spallettini ilə yollarını ayıran İtaliya yığmasını Fabio Kannavaro çalışdıra bilər.

Sportal.az xəbər verir ki, "The Athletic"in məlumatına görə, daha əvvəl adı hallanan Klaudio Ranyeri və Stefano Pioli ilə yanaşı, İtaliya Futbol Federasiyası Spallettinin əvəzləyicisi kimi Fabio Kannavaro variantını da nəzərdən keçirəcək.

51 yaşlı mütəxəssisin son iş yeri Zaqreb “Dinamo”su olub. Kannavaro 2024-cü ilin dekabrından 2025-ci ilin aprel ayına qədər komandaya rəhbərlik edib.

Xəbər xətti