"Turan Tovuz" "İmişli"ni məğlub etdi, "Neftçi" "Şamaxı"ya qarşı YENİLƏNİR

19:01 - 16 Avqust 2025

Misli Premyer Liqasında 1-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma olacaq.

Günün ilk matçı Şamaxı şəhər stadionunda baş tutub. Burada "İmişli" "Turan Tovuz"u qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

İkinci görüş  isə "Neftçi" ilə "Şamaxı" arasında keçiriləcək. "Neftçi Arena"dakı oyun saat 20:00-da başlayacaq..

Misli Premyer Liqası, 1-ci tur

16 avqust (şənbə)

“İmişli” – “Turan Tovuz” 0:1

Qol: R.Olabe, 90+9
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov
VAR: Tural Qurbanov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu, 17:00

“Neftçi” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: İnqilab Məmmədov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Babək Quliyev 
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Neftçi Arena”, 20:00

Xəbər xətti