Daha bir azərbaycanlı futbolçu legioner həyatı yaşayacaq.
Sportal.az saytına verilən məlumata görə, Elməddin Məmmədov Albaniya klubuna keçib.
Ötən mövsümü "Mingəçevir"də keçirmiş qolkiper "Luftetari Gjikastra" klubu ilə 1 illik müqavilə imzalayıb.
O, 1-ci liqa klubunun düşərgəsinə qoşulub.
Məmmədov karyerası ərzində 29 yaşlı qapıçı karyerası ərzində “Alqa”(Qırğızıstan), “Tsxinvali”(Gürcüstan), “TC Sports Club”(Maldiv adaları), “Muras Yunayted”(Qırğızıstan), “St. Andryus”(Malta), “Yedinstvo Bihac”(Bosniya və Herseqovina) klublarında oynayıb.
Mirbağırağa
saytlarin hazirlanmasi