Çexiyalı futbolçu Yakub Yankto karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi 29 yaşında vida qərarı verib. O, qərarını sosial şəbəkə hesabında açıqlayıb.
Təcrübəli oyunçu zədəyə görə peşəkar karyerasını nöqtələyib.
Qeyd edək ki, Yakub Yankto "Slaviya"nın (Praqa) yetirməsidir. "Udineze", "Sampdoriya", "Askoli", "Xetafe" və "Sparta"nın (Praqa) formasını geyinmiş futbolçunun son klubu A Seriyası təmsilçi "Kalyari" olub. Yankto Çexiya millisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 4 qol vurub.
saytlarin hazirlanmasi