İstanbul klubu İlkay Gündoğanı transfer edir

19:57 - 1 Sentyabr 2025

"Mançester Siti"nin yarımmüdafiəisi İlkay Gündoğan karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" türk əsilli almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

İstanbul nəhəngi İlkaya illik 5 milyon avro maaş təklif edib. 34 yaşlı orta xətt oyunçusu təklifi qəbul etsə, İngiltərə kluubu onun gedişinə mane olmayacaq.

Qeyd edək ki, İlkay gündoğan ötən mövsüm "Mançester Siti"nin heyətində meydana çıxdığı 54 rəsmi matçda 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti