İtaliya klubu baş məşqçisini istefaya göndərdi

09:34 - 11 Noyabr 2025

"Atalanta" baş məşqçisi İvan Yuriçlə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xorvatiyalı mütəxəssis 2025-ci ilin iyununda Berqamo klubuna baş məşqçi təyin edilmişdi.

Rəhbərlik uğursuz nəticələr və komandanın futbolçuları ilə münasibətin normal olmaması səbəbindən Yuriçlə yola davam etmək istəməyib.

"Atalanta" A seriyasında hazırda 13 xalla 13-cü pillədədir.

Xəbər xətti