Adeyemi “Mançester Yunayted” və “İnter”lə danışıqlar aparır - "Borussiya"dan ayrılır

00:23 - 20 Noyabr 2025

Dortmund “Borussiya”sının cinah oyunçusu Karim Adeyemi mövsümün sonunda Dortmund klubunu tərk etməyə hazırdır.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, son dövrlərdə Adeyeminin maraqlarını Jorge Mendes təmsil edir. Agent transferlə bağlı birbaşa “Mançester Yunayted” və “İnter”lə əlaqə saxlayır.

Qeyd edək ki, bu mövsümdə 23 yaşlı futbolçu Bundesliqada 10 oyuna çıxıb və 2 qol vurub.

Xəbər xətti