Millinin futbolçusu yenidən Avropaya geri qayıtmağı planlaşdırır

10:49 - 20 Noyabr 2025

Portuqaliya millisinin üzvü Ruben Neveş karyerasını yenidən Avropada davam etdirə bilər.

Sportal.az “A Bola”ya istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “Arsenal” və “Milan” arasında seçim edəcək.

Hazırda “Əl-Hilal”da oynayan Neveş Səudiyyə Ərəbistanından “Əl-İttihad”dan da təklif alıb. Yaxın günlərdə portuqaliyalı futbolçunun yeni mövsümə hansı klubda başlayacağı ilə bağlı qərar verəcəyi ehtimal olunur.

Portuqaliya millisinin üzvünün “Əl-Hilal”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Porto”, “Vulverhempton” komandalarda oynayıb.

Xəbər xətti