"Sərhədçi İdman Mərkəzində" Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası və Azərbaycan Kunq-fu Federasiyasının təşkilatşılığı ilə gənclər, yeniyetmələr və böyüklar arasında Kunq-fu üzrə 31-ci Respublika birinciliyi keçirilib.
Sportal.az xəbər verir ki, çempionat beynəlxalq yarışlarda iştirak etmək üçün lisenziya xarakteri daşıyıb.
Yarışda 300-dən artıq idmançı medallar uğrunda mübarizə aparıb.
Qaliblər gələn il Fransa və İtaliyada keçiriləcək Avropa və dünya çempionatlarında qüvvələrini sınayacaq.
saytlarin hazirlanmasi
