"İnter"in yarımmüdafiəçisi ilin sonuna qədər meydana çıxmaya bilər

22:34 - 24 Noyabr 2025

“İnter”in yarımmüdafiəçisi Denzel Dumfris zədəyə görə ən azı dörd oyunu buraxacaq.

Sportal.az xəbər verir ki, Dumfris 9 noyabrda A Seriyasında “Latsio”ya qarşı keçirilən oyunda (2:0) topuq nahiyəsindən xəsarət alıb.

"La Gazzetta dello Sport"un məlumatına görə, Dumfrisin zədəsi əvvəl düşündüyündən daha ciddi çıxıb. “İnter”in yarımmüdafiəçisi növbəti 4 oyunu – “Atletiko”, “Piza”, “Venesiya” və “Komo”ya qarşı görüşləri dəqiq buraxacaq.

Qeyd olunur ki, Dumfris daha çox oyun buraxa bilər. İlin sonuna qədər meydana çıxmaması da istisna edilmir.

Xəbər xətti