"Liverpul"un qolkiperi sıradan çıxdı - PSV ilə matçı buraxır

23:34 - 26 Noyabr 2025

Alisson xəstəlik səbəbindən “Liverpul”un matçını buraxacaq.

Sportal.az xəbər verir ki, “qırmızılar” Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunda PSV-ni qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da  başlayacaq.

Qapıçı daha əvvəl təxminən iki aylıq əzələ zədəsindən sonra “Nottingem Forest”lə oyunda (0:3) meydana qayıtmışdı.

Bu gün qapıda onun yerini yenidən Georgi Mamardaşvili tutacaq.

Xəbər xətti