“Neftçi” Samir Abasovla yollarını ayırdıqdan sonra yeni baş məşqçi axtarışlarını davam etdirir.
Sportal.az xəbər verir ki, hazırda əsas namizəd Yuri Vernidubdur.
59 yaşlı mütəxəssisin başqa təklifləri də var, ona görə də bütün proses bir az vaxt apara bilər.
Lakin “Neftçi” baş məşqçi postunu məhz Verniduba tapşırmaq niyyətindədir.
Ukraynalı “Metallurq”(Zaporojye), “Zarya”(Luqansk), “Şaxtyor”(Soliqorsk), “Şerif”(Tiraspol), “Krivbass” klublarında işləyib.
saytlarin hazirlanmasi
