"Liverpul"un müdaffiəçisi "Real"a keçməyəcək

18:21 - 28 Noyabr 2025

"Real" mövsümün sonunda "Liverpul"la müqaviləsi başa çatan İbrahima Konate ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi fransalı mərkəz müdafiəçisini heyətinə qatmayacaq. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

"Real" rəsmiləri İngiltərə təmsilçisi ilə əlaqə saxlayaraq 26 yaşlı futbolçunu transfer etməyəcəklərini bildiriblər.

Qeyd edək ki, İbrahima Konate bu mövsüm "Liverpul"un heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti