Kosovolu hücumçu Bundesliqa nəhənglərinin hədəfində

19:48 - 28 Noyabr 2025

"Hoffenhaym"ın hücumçusu Fisnik Asllani Bundesliqanın aparıcı klublarının maraq dairəsinə düşüb.

Sportal.az xəbər verir ki, "Bavariya" və Dortmund "Borussiya"sı kosovolu forvardı transfer etmək istəyir. Bu barədə jurnalist Kristian Falk məlumat yayıbş.

“Hoffenhaym”ın hücum xəttinin lideri olan 23 yaşlı futbolçunun klubu ilə müqaviləsində 30 milyon avroluq sərbəstqalma maddəsi var. Ön xətt oyunçusu ilə "Barselona" da maraqlanır.

Qeyd edək ki, Fisnik Asllani cari mövsümdə "Hoffenhaym"ın heyətində bütün turnirlərdə 13 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xəbər xətti