“Çelsi”nin baş məşqçisi Entso Mareska İngiltərə Premyer Liqasının 19-cu turunun “Bornmut”a oyunundan (2:2) sonra mətbuat konfransında iştirak etməyib.
Sportal.az xəbər verir ki, qarşılaşmada onun komandası autdan atılan toplardan sonra iki qol buraxıb. "TalkSPORT"un jurnalisti Aleks Krukun məlumatına görə, 45 yaşlı italiyalı mütəxəssis özünü pis hiss etdiyi üçün jurnalistlərin qarşısına çıxmayıb.
“Çelsi”nin köməkçi məşqçi köməkçisi Villi Kabalyero oyunu BBC üçün belə şərh edib:
“Birinci hissə çox gərgin keçdi. Hesabı bərabərləşdirdik və önə keçdik, lakin demək olar ki, dərhal sonra qol buraxdıq. Komanda epizodlar yaradırdı və yenidən hesabda irəli çıxa bilərdik. Qələbə qazana bilmədik və bu, məyusedicidir. Məncə, "Çelsi" qələbəyə "Bornmut"dan daha çox layiq idi. Bizdə realizasiya çatmadı. Əlbəttə, komanda irəliləyir, lakin matçları qələbə ilə başa vurmağı öyrənməliyik. Standart vəziyyətlərdən qol buraxmaq hər zaman xoş deyil. Amma bunu bir oyunda iki dəfə etmək həddən artıqdır.”
saytlarin hazirlanmasi
