İngiltərə millisinin sabiq üzvü Danimarka klubunda - RƏSMİ

18:20 - 21 Yanvar 2026

"Atalanta"nın müdafiəçisi Ben Qodfri karyerasını Danimarkada davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Brondbü" ingiltərəli futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə millisinin sabiq üzvü 30 iyun tarixinədək Super Liqa klubunun uğurları üçün tər tökəcək.

Qeyd edək ki, "Atalanta" Ben Qodfrini 2024-cü ilin yayında "Everton"dan transfer edib. 28 yaşlı mərkəz müdafiəçisi mövsümün ilk yarısında icarə əsasında "şeffild Yunayted"in formasını geyinib.

Xəbər xətti